Dövlət Agentliyi etiraz edən qazi ilə bağlı açıqlama YAYDIbackend

Dövlət Agentliyi etiraz edən qazi ilə bağlı açıqlama YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən müharibəsi iştirakçısı, Astara rayon, Pensər kənd sakini Rüstəmov Elnur Eldar oğlu əlillik almaq üçün dəfələrlə həm Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində, həm də nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbul edilib, ona qanunvericilik izah edilib”.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şobəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edilib ki, iyunun 16-da bir daha nazirliyə gələrək eyni məzmunda tələblərini irəli sürüb, müraciəti cavablandırılıb, izahat verilməsinə baxmayaraq, o, qeyri-etik hərəkətlərə yol verib, əməkdaşları təhqir edib, iş ahəngini pozaraq qəbul şöbəsinin avadanlığını təpiklə qırıb.

“Məlumat üçün bildirək ki, E.Rüstəmov həm martın 14-də, həm də aprelin 19-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Hər iki əyani müayinə zamanı şəxsin diaqnozunun əlilliyə əsas verməməsi barədə qərar qəbul edilib. Müayinə zamanı onda simulyasiya izlənilib, əlavə olaraq zəif görmədən şikayəti araşdırılıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təqdim edilən tibbi rəy də əlillik təyinatına əsas verməyib. Həmçinin Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən şəhadətnamədə qeyd edilən diaqnozun və hazırki vəziyyətinin əlilliyə əsas vermədiyi təsbit olunub.

Elnurun məşğulluğu ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq addım atılıb. O, özünüməşğulluq proqramı üzrə qeydiyyatdan keçib, ötən ilin avqustunda “maldarlıq təsərrüfatı” zərfi üzrə təlimlərə cəlb edilib. Dəfələrlə dəvət olunmasına baxmayaraq təlimlərdə və qiymətləndirmədə iştirak etməyib.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən E.Rüstəmova 1 yanvar 2022-ci ildən müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edilib”, – Tural Qurbanov qeyd edib.