Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən ” OBA Market” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərildiyi qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.