Dövlət Agentliyində yoxlamalar başa çatdıbackend

Dövlət Agentliyində yoxlamalar başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aparılan yoxlamalar başa çatıb.

Bunu NOCOMMENT-ə açıqlamasında Hesablama Platasının mətbuat katibi Nailə Qazıyeva bildirib.

N.Qazıyevanın sözlərinə görə, audit 2019-2020-ci illəri əhatə edib: “Palata xüsusi olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlama aparmayıb. Çünki TƏBİB Agentliyin tərkibində qurumdur”.

Palata rəsmisi deyib ki, hələlik audit nəticələri kollegiya iclasında müzakirə edilməyib: “Bu səbəbdən də nəticələr barədə ictimaiyyətə məlumat verilmir. Kollegiya iclasında müzakirə aparıldıqdan sonra ictimaiyyətə açıqlama veriləcək və prosedura uyğun olaraq Milli Məclisə təqdim olunacaq”.