Dövlət Agentliyinin əməkdaşı minaya düşdübackend

Dövlət Agentliyinin əməkdaşı minaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 iyul 2021-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ölkə.az-a Cəbrayıl rayon prokurorluğundan məlumat verilib.B.Nəsirovun hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.