Dövlət Agentliyinin onlarla işçisi vəzifəsindən azad olunubbackend

Dövlət Agentliyinin onlarla işçisi vəzifəsindən azad olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Əqli Mülkiyyət Agentliyinin Aparatına 4 nəfər, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 6 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 12 nəfər, Respublika Elmi-Texniki Kitabxanasına 4 nəfər işə qəbul edilib.

NOCOMMENT xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Həmçinin agentliyin Aparatından 6 nəfər, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən 1 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzindən 9 nəfər, Respublika Elmi-Texniki Kitabxanasından 13 nəfər öz xahişi ilə işdən azad olunub.

Hesabat ilinin sonuna agentliyin Aparatı və tabeliyində olan qurumlar üzrə işçilərin cəmi sayı 261 nəfər, o cümlədən agentliyin Aparatında 66 nəfər, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində 33 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində 66 nəfər, Respublika Elmi-Texniki Kitabxanasında isə 96 nəfər olub. Hesabat dövründə 8 nəfərə müvafiq ixtisas dərəcələri verilib.