Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edildi – RƏSMİbackend

Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edildi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib

NOCOMMENT.az-a Azərbaycan Standartlaşdırma İnstitutundan daxil olan məlumatda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı
Azərbaycan Respublikasının Dövlət Bayrağı

Bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.