Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razııq əldə etməyi gözləyir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu haqda ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
O qeyd edib ki, BMT-nin İrana qarşı sanksiyaları Şərq vaxtı ilə saat 20:00-da bərpa edilib.
“Prezident [ABŞ Donald] Tramp açıq şəkildə bildirib ki, diplomatiya bir seçim olaraq qalır – razılaşma həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran gecikmədən və ya qərəzsiz olaraq xoş niyyətlə aparılan birbaşa danışıqlara razı olmalıdır”, – Rubio bildirib.