Dövlət Departamenti: ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı öz tələbləri varbackend

Dövlət Departamenti: ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı öz tələbləri var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı öz tələbləri var, lakin yekun qərarları Moskva və Kiyev qəbul etməlidir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus “Fox News”a açıqlamasında bildirib.

“Prezident bu mövzuda öz fikirlərini açıq şəkildə ifadə edib. Lakin şərtlər Ukrayna və Rusiya arasında müəyyənləşdirilməlidir. Onlar bizim mövqeyimizi bilirlər, amma nəticədə qərar onlardan asılı olacaq”, – Bryus qeyd edib.