ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib ki, Amerika qoşunlarının İraqdan çıxarılması müzakirə olunmur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız şeyə keçidi müzakirə etməyə davam edirik”, – agentlik Pateldən sitat gətirib.
Onun sözlərinə görə, “söhbət əvvəlki ikitərəfli strateji müzakirələrin inkişaf mərhələsində olan prosesdən gedir”. O qeyd edib ki, bu proses təhlükəsizlik sahəsində əməkdaşlığa qarşılıqlı sadiqliyə və regional sabitliyə marağa əsaslanır.