Dövlət Departamenti: ABŞ Kiyevə “fövqəladə” hərbi dəstək verməyə davam edəcəkbackend

Dövlət Departamenti: ABŞ Kiyevə “fövqəladə” hərbi dəstək verməyə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika tərəfi Kiyev rejiminə “fövqəladə” hərbi dəstək verməkdə davam edəcək və diqqətini Ukraynanın NATO ilə daha geniş inteqrasiyasına yönəldəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN-ə ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirib.

“Biz son iki il yarım ərzində fövqəladə hərbi, iqtisadi və demokratik dəstək verdik. Mən bu dəstəyin davam edəcəyini gözləyirəm”, – Patel bildirib.

Həmçinin, onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna tərəfinin NATO və Avropa İttifaqı ilə daha geniş inteqrasiyası üçün “mümkün olan hər şeyi etməyə” davam edəcək.