Amerika tərəfi Kiyev rejiminə “fövqəladə” hərbi dəstək verməkdə davam edəcək və diqqətini Ukraynanın NATO ilə daha geniş inteqrasiyasına yönəldəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN-ə ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirib.
“Biz son iki il yarım ərzində fövqəladə hərbi, iqtisadi və demokratik dəstək verdik. Mən bu dəstəyin davam edəcəyini gözləyirəm”, – Patel bildirib.
Həmçinin, onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna tərəfinin NATO və Avropa İttifaqı ilə daha geniş inteqrasiyası üçün “mümkün olan hər şeyi etməyə” davam edəcək.