ABŞ Dövlət Departamenti Livandakı amerikalıları İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin inkişafı ilə əlaqədar mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə rəsmi məlumatda deyilir.
“Hizbullah və İsrail arasında davam edən münaqişənin gözlənilməz xarakteri və Beyrut da daxil olmaqla bütün Livanda baş verən son partlayışlar səbəbindən ABŞ səfirliyi ABŞ vətəndaşlarını Livanı tərk etməyə çağırır”, – bəyanatda deyilir.
Dövlət Departamenti əlavə edib ki, vəziyyətin pisləşməsi ilə əlaqədar Livandan uçan uçuşların sayı xeyli azalıb. Tezliklə ABŞ vətəndaşlarının ölkədən ümumiyyətlə uça bilməyəcəyi ehtimalı var.