Dövlət Departamenti: Azərbaycan ərazisinin minalarla çirklənməsi köçkün icmalarının təhlükəsiz qayıtmasına mane olur – EKSKLÜZİVbackend

Dövlət Departamenti: Azərbaycan ərazisinin minalarla çirklənməsi köçkün icmalarının təhlükəsiz qayıtmasına mane olur – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regional sülh və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2021-ci ilin noyabr ayından Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalan ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 4,5 milyon dollar ayırıb.

NOCOMMENT.az xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

Departament rəsmisi qeyd edib ki, münaqişə baş vermiş zonada minalarla çirklənmə iqtisadi inkişafı əngəlləyir, köçkün icmalarının təhlükəsiz qayıtmasına mane olur:

“Azərbaycanın strateji coğrafi mövqeyini nəzərə alaraq nüvə silahlarının yayılmaması ilə bağlı problemləri həll etmək məqsədilə sərhəd təhlükəsizliyini gücləndirmək və humanitar minatəmizləmə əməliyyatlarını təşviq etmək, maliyyələşdirmək üçün Azərbaycanla birlikdə işləyirik”.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ davamlı olaraq Ermənistan və Azərbaycanla əlaqə saxlayır və danışıqları asanlaşdırmağa kömək edir:

“Hesab edirik ki, birbaşa dialoq yekun sülh sazişinin əldə olunmasının açarıdır. Biz son irəliləyişlərdən ruhlandıq və bu tempin davam etməsini istəyirik”.