Dövlət Departamenti: BCM Rusiyanı təqib edə bilər, lakin İsraili yoxbackend

Dövlət Departamenti: BCM Rusiyanı təqib edə bilər, lakin İsraili yox

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanı mühakimə edə bilər, lakin İsrailə münasibətdə belə hüquqlara malik deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Miller qeyd edib ki, Rusiya, İsrail və Fələstin Roma nizamnaməsini ratifikasiya etməyib, lakin Ukrayna belə ratifikasiyanı həyata keçirib. ICC-nin yurisdiksiyası yalnız tərəflərdən birinin məhkəmənin qanuniliyini tanıdığı münaqişələrə şamil edilir. Buna görə də BCM-nin İsrail-Fələstin münaqişəsinə müdaxilə etmək hüququ yoxdur, lakin Rusiya-Ukrayna münaqişəsində ittihamlar irəli sürə bilər.

Millerin fikrincə, İsraillə Rusiya arasında daha bir əsaslı fərq var. Belə ki, İsrail tərəfi BCC ilə əməkdaşlığa hazır olduğunu bəyan edib, Rusiya tərəfi isə belə qarşılıqlı əlaqəni rədd edib.