Dövlət Departamenti: Blinken Çinə səfəri zamanı RF, KXDR və Yaxın Şərq mövzularına toxunacaqbackend

Dövlət Departamenti: Blinken Çinə səfəri zamanı RF, KXDR və Yaxın Şərq mövzularına toxunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Çinə səfəri zamanı Rusiya, Şimali Koreya, Yaxın Şərq, eləcə də Asiya-Sakit okean regionunda (APR) vəziyyətlə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Blinkenin qarşıdan gələn səfəri ilə bağlı jurnalistlər üçün xüsusi brifinqdə deyib.

Məlumata görə, Blinken ABŞ-a Çinin “Rusiya hərbi-sənaye kompleksinə dəstəyi” ilə bağlı “narahatlıq bildirmək” niyyətindədir.