Dövlət Departamenti Meksika və Ekvadoru fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıbbackend

Dövlət Departamenti Meksika və Ekvadoru fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti Meksika və Ekvador rəhbərliyini fikir ayrılıqlarını beynəlxalq normalar əsasında həll etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Birləşmiş Ştatlar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının hər hansı pozuntusunu pisləyir” , – deyə Metyu Miller bildirib.

Millerin sözlərinə görə, Vaşinqton ölkələrin beynəlxalq hüquqa riayət etmək və diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etmək öhdəliyinə çox ciddi yanaşır. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Meksika və Ekvador ABŞ-ın ən mühüm tərəfdaşlarıdır.

Bir gün əvvəl Meksika Ekvadordakı səfirliyə hücumdan sonra BMT məhkəməsinə müraciət etməklə hədələyib.

Bundan əvvəl Meksika prezidenti Andres Manuel Lopez Obrador Ekvadorla diplomatik əlaqələrin dayandırılması barədə göstəriş verib. Öz növbəsində Ekvador hakimiyyəti Meksika səfirliyinə basqın edilməsini suverenliyin müdafiəsi adlandırıb.