Dövlət Departamenti Ukraynada sülhün bağlanması üçün tarixi açıqlayıbbackend

Dövlət Departamenti Ukraynada sülhün bağlanması üçün tarixi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Rusiya hakimiyyəti ABŞ prezident seçkilərinin nəticələrinə qədər Ukraynada sülhün əldə olunmasına razı olmayacaq. Anonimlik şərtilə belə bəyanatla Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi çıxış edib. Bu barədə Reuters məlumat yayıb.

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin Amerika seçkilərinin nəticələri məlum olmayana qədər nə sülhə, nə də əhəmiyyətli bir şeyə getməyəcək.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Ukrayna ilə sülhün bərqərar olması şərtini açıqlayıb.