Dövlət Departamenti Ukraynanın gələcəkdə NATO-ya üzv olacağına söz veribbackend

Dövlət Departamenti Ukraynanın gələcəkdə NATO-ya üzv olacağına söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna gələcəkdə Şimali Atlantika Alyansına qoşulacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

“Ukraynanın gələcəyi NATO-dadır. O, NATO üzvü olacaq“, – deyə o qeyd edib.

Lakin Miller bunun nə vaxt və hansı şəraitdə baş verəcəyini vurğulamayıb.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, o, NATO-ya üzv ölkələr arasında yaxın gələcəkdə təşkilatın sıralarına yeni ölkələri qəbul etmək istəyi və hazırlıq əlaməti görmür.