ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı struktur islahatı çərçivəsində ABŞ Dövlət Departamenti 1 300-dən çox diplomat və məmuru işdən çıxarır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
“Departament 1107 dövlət qulluqçusuna və ABŞ-da çalışan 246 diplomatik xidmət əməkdaşına işdən çıxarılmaları ilə bağlı bildiriş göndərir”, – deyə mənbə bildirib.
Məlumata görə, diplomatik xidmət əməkdaşlarının hamısı əvvəlcə 120 günlük inzibati məzuniyyətə göndəriləcək, daha sonra isə rəsmi şəkildə vəzifələrindən azad olunacaqlar. Əksər hallarda bu müddət 60 gün təşkil edir.
Qeyd olunur ki, bu təşəbbüsə görə Prezident Tramp və ABŞ dövlət katibi Marko Rubio hazırkı və keçmiş diplomatlar tərəfindən kəskin tənqid olunublar. Tənqidçilərin fikrincə, bu ixtisarlar ABŞ-ın xaricdəki mövcud və potensial təhlükələr qarşısında təsir imkanlarını zəiflədə bilər.