Dövlət hər şagirdə 7 min manat xərcləyirsə: Təhsil niyə bu vəziyyətdədir?backend

Dövlət hər şagirdə 7 min manat xərcləyirsə: Təhsil niyə bu vəziyyətdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün biz bir şagirdin təhsili üçün yeddi min manat xərcləyirik. Bu, demək olar ki, özəl təhsil müəssisəsi ilə eynidir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xərclərə baxmayaraq, nəticə aşağıdır:

“Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır. Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitinin daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik”.

Maraqlıdır ki, hər şagirdə bu qədər xərc çəkilirsə, niyə təhsilin səviyyəsi istənilən kimi deyil və valideynlər hər ay repetitorlara əlavə vəsait ödəməli olurlar?

NOCOMMENT.az xəbər verir ki, Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti ölkədə olan bütün təhsil müəssisələrini növ və tiplərinə uyğun olaraq, hər təhsil alanın xərcini malliyələşdirir:

“Hazırda orta ixtisas, peşə məktəbləri və ali məktəblər özünümaliyyələşdirmə sisteminə keçib. Mən düşünürəm ki, ümumitəhsil məktəbləri də özünümaliyyələşdirmə sisteminə keçməlidir. Hələlik mərkəzləşmiş qaydadan lazımi effekti ala bilmirik. Ona görə də ümumitəhsil məktəbləri publik hüquqi şəxsə çevrilməli, təhsil müəssisələri orada təhsil alan şagirdlərin sayına uyğun olaraq maliyyələşməlidir”.

Ekspert qeyd edib ki, hazırda kənd məktəblərində İKT yox dərəcəsindədir:

“Bununla bağlı lazımi tədbirlər görülsə də, müəyyən çətinliklər var. Təkrar olaraq vurğulamaq istəyirəm ki, bu problemlərin tək həlli ümumitəhsil məktəblərinin publik hüquqi şəxsə çevrilməsindən aslıdır”.