Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilibbackend

Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzində müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE imtahanlarını keçirib.

DİM-dən NOCOMMENT-ə verilən məlumata görə, 29 iyun – 3 iyul tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan informasiya texnologiyaları (İT) və daxili audit sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

– Cisco Systems, Inc şirkətinin “Cisco Certified Network Associate” sertifikat imtahanı;
– Oracle Certification Program korporasiyasının “Java SE 8 Programmer I” və “Oracle Database 12c: Performance Management and Tuning” adlı sertifikat imtahanları;
– Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” sertifikat imtahanı;
– Fortinet korporasiyasının “Fortinet NSE 6 – FortiAuthenticator 5.4” sertifikat imtahanı.

Həftə ərzində keçirilən imtahanlarda, ümumilikdə 7 nəfər iştirak edib və keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün qaydalara və prosedurlara riayət olunub.