Dövlət İmtahan Mərkəzinin tenderi kiçik şirkətə verildibackend

Dövlət İmtahan Mərkəzinin tenderi kiçik şirkətə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi avtomobil nəqliyyatı üçün texniki xidmət və təmir işlərinin satın alınması tenderində “RN STRONG” Məhdud Məsuliyyətli Cəmiyyəti qaliob olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,tenderə əsasən tərəflər arasında 19,322.50 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir. Təmir işləri əsasən Mərkəzin istifadəsində olan Volkswagen Passat və Mercedes Benz Mikroavtobus Vaqon 18+1 markalı avtomobillərdə həyata keçiriləcək.

Xidmətlər çərçivəsində hava filtrinin dəyişdirilməsi, arxa kalodka və opornıy disklərin yenilənməsi, həmçinin təkərlərin balanslaşdırılması və yerdəyişməsi işləri yerinə yetiriləcək.