Dövlət imtahanı ilə bağlı nazirlikdən açıqlamabackend

Dövlət imtahanı ilə bağlı nazirlikdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə Yekun Dövlət Attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Elm və Təshil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır.

Hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev ali məktəblərdə dövlət imtahanının 2020-ci ildən ləğv edildiyini bildirmişdi.