Dövlət Komitəsi və DİN yeznə-baldız qalmaqalına qarışdıbackend

Dövlət Komitəsi və DİN yeznə-baldız qalmaqalına qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yardımlıda qadının zorla bacısının ərinə ərə verilməsi məsələsinə münasibət bildirib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, qurumun mətbuat katibi Teymur Mərdanoğlu məsələnin komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, bu istiqamətdə müvafiq tədbirlər görüldüyünü qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, atası tərəfindən bacısının ərinə zorla ərə verilən qadın hazırda Bakıdakı sığınacaqlardan birində yerləşdirilib. O, həmçinin zorakılığa məruz qalıb. Qadın yerləşdirildiyi sığınacaqdan qardaşı və digər şəxs tərəfindən çıxarılmağa cəhd edilsə də, hazırda sığınacaqdadır.

Qeyd edək ki, Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. O, həyat yoldaşının bacısını özünə zorla arvad etmək istəyirmiş.