Fransada dövlət məktəblərində müsəlman qızlar üçün qərar verilib.
NOCOMMENT.az xəbər verir ki, Fransada xüsusilə müsəlman qızların üstünlük təşkil etdiyi dövlət məktəblərində “çarşaf və əba” kimi boş və uzun paltarların geyinilməsinin qadağan ediləcəyi açıqlanıb.
Fransanın təhsil naziri Qabriel Attal televiziya proqramına verdiyi müsahibədə, “Mən qərara gəldim ki, (müsəlman qız tələbələr) artıq məktəblərdə çarşaf taxmasınlar. Sinfə girəndə sadəcə geyimlərinə baxaraq tələbələrin dinini müəyyən edə bilməməlisən”, – deyib.
Xatırladaq ki, Fransada 2004-cü ildə məktəblərdə hicab, 2010-cu ildə isə ictimai yerlərdə hicab taxmaq qadağan edilib. Dini simvolların dövlət məktəblərində yer almasını istəməyən Fransa bu cür qərarlar üçün öz “dünyəvi dəyərlərini” qoruduğunu bildirir.