Dövlət Neft Fondu investisiya portfelində dolların payını artırıbbackend

Dövlət Neft Fondu investisiya portfelində dolların payını artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 iyun 2020-ci il tarixinə investisiya portfelinin 68,4%-ni ABŞ dolları təşkil edib (bu ilin birinci rübünün yekunlarına görə, bu göstərici 66% olub – red).

NOCOMMENT.az Fondun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neft Fondunun bu ilin 6 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, iyunun 30-na avro ARDNF-in investisiya portfelinin 20,3%-ni, funt sterlinq 4,9%-ni, Avstraliya dolları 0,5%-ni, Türkiyə lirəsi 0,7%-ni, Rusiya rublu 0,6%-ni, Koreya vonu 0,5%-ni, Çin yuanı 1,2%-ni, Yaponiya yeni 1,5%-ni, digər valyutalar isə 1,4%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 797,4 mln. dollarlıq hissəsini (13,6%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, ARDNF-in cəmi investisiya portfeli 42 636,66 mln. manata çatıb. “APA-Economics”

Yekun olaraq, ilk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 milyon manat olmuşdur. Bu dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar gəliri kimi 935 milyon manat təşkil etmişdir.

Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, 2020-ci ilin ilk rübünün sonuna 41 349,5 milyon ABŞ dollarına bərabər olan ARDNF-nin aktivləri iyun ayının sonuna 1 873,8 milyon ABŞ dolları artaraq 43 223,3 milyon ABŞ dollarına bərabər olmuşdur.