Dövlət problemli kreditlərə yenə güzəşt edəcək?backend

Dövlət problemli kreditlərə yenə güzəşt edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 26498,3 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatda göstərilir. Kredit portfelinin 22194,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə ümumi kredit portfelinin 1,8 faizini təşkil edib. 2024-cü il iyun ayının 1-nə vaxtı keçmiş kreditlər 466,5 milyon manata çatıb. Xatırladaq ki, hələ 2019-cu ildə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman verilib.

Sənəddə qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi öz həllini tapırdı.

Hazırda problemli kreditlərin həcminin artması təhlükə yaradırmı və həmin kreditlərin silinməsi mümkündürmü?

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, Azərbaycanın bank sisteminin digər rəqəmlərinə baxsaq, bu, elə də böyük bir rəqəm deyil, normaldır:

“Xüsusilə də əvvəlki illərə baxsaq, bu rəqəm bir neçə milyard manatla ölçülürdü. Bu da onunla bağlıdır ki, banklar daha ehtiyatlı davranmağa başlayıblar. Buna görə də problemli kreditlər azalıb. Eyni zamanda, başqa səbəb də var. Bəzi problemli kreditlər artıq qaytarıla bilmədiyi üçün balansdan tam silinib. Yəni bu baxımdan da azalma var. Ancaq bütövlükdə bu dəqiqə rəqəm bank sistemi üçün məqbuldur və ciddi risklər yaratmır. Prezidentin problemli kreditlərlə bağlı 2019-cu ildə fərmanı olmuşdu və 10 min dollara qədər olan kreditlərə aid idi. Bu, hamıya şamil olunmurdu”.

Ekspert iki məsələni xatırladıb:

“Birincisi, devalvasiyaya qədər dollarla kredit götürənlərin məzənnə fərqini dövlət bağladı. Yəni sənəd 10 min dollara qədər olanlara aid idi ki, hətta 1 sent də çox idisə, dövlət o krediti bağlamadı. İkincisi isə 10 min dollara qədər kimin krediti varsa- vacib deyildi ki, dollarla olsun, manat da ola bilərdi- ona dövlət 5 illik 1 faizlə uzatma verdi.

Ümumilikdə güzəşt bundan ibarət idi, əksər kreditlərə aid deyildi. Hazırkı problemli kreditlərə güzəşt gözlənilmir. Çünki əvvəlki bağışlanma sırf milli valyutanın devalvasiyası ilə bağlı idi. O zaman vəziyyət çox pis idi, indi elə bir hal yoxdur”.