Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatırbackend

Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

Mərkəzdən NOCOMMENT-ə verilən məlumata görə, oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 oktyabr saat 23:50-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək.