Dövlət qurumu 4 min işçisini ixtisar edir? – AÇIQLAMAbackend

Dövlət qurumu 4 min işçisini ixtisar edir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən kütləvi sayda əməkdaşın işdən çıxarılacağı bildirilir. Onların sayının 4 min nəfər təşkil edəcəyi gözlənilir.

NOCOMMENT “BAKU.WS”-ə istinadla xəbər verir ki, sözügedən idarənin 14 min işçisindən 4 mininin ixtisara gedilməsi barədə göstərişin QSC-nin yeni sədri Rövşən Rüstəmov tərəfindən verildiyi bidirilir.

Bundan əlavə ADY-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub və onun yerinə isə Elçin Zülfüqarovun təyin ediib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən isə bildirilib ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin 4 min əməkdaşının işdən çıxarılacağı ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Elçin Zülfüqarov isə ADY-nin İnfrastruktur departamentinin rəisi təyin olunaraq fəaliyyətə başlayıb.