Dövlət sektorunda işləyənlərin sayı azalır – STATİSTİKAbackend

Dövlət sektorunda işləyənlərin sayı azalır – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son illərdə dövlət sektorunda çalışan işçilərin sayında azalma müşahidə edilir. Bu azalma nəticəsində, eləcə də digər sektorda işçi sayının artması ilə əlaqədar artıq dövlət sektoru ilə qeyri-dövlət (özəl sektor və bələdiyyələr – red.) sektorunda çalışanların sayı bərabərləşib. 

NOCOMMENT.az xatırladır ki, 2019-cu ilin sonunda dövlət sektorunda təxminən 912 min çalışan olub. Həmin tarixdə qeyri-dövlət sektorunda 730 minə yaxın çalışan var idi.

2021-ci ilin sonunda işçi sayı dövlət sektorunda 905 min nəfərə düşdüyü halda, qeyri-dövlətdə 800 min nəfəri ötüb.

Sonrakı illərdə də bu dinamika davam edib və 2024-cü ilin sentyabrın 1-də işçi sayı dövlət sektorunda 878 minə geriləyib, qeyri-dövlətdə isə 876,6 min nəfərə yüksəlib.

Ötən 5 ildə dövlət sektorunda işçi sayı 34 min nəfər azaldığı halda qeyri-dövlət sektorlarında 147 min nəfər artıb.