Sərhəd Xidməti texniki dayanıqlığını təmin etmək üçün 267 min AZN sərf edirbackend

Sərhəd Xidməti texniki dayanıqlığını təmin etmək üçün 267 min AZN sərf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti generatorların əsaslı təmiri ilə bağlı satınalma elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, təmir işlərinin ümumi dəyəri 267.849,07 AZN olaraq göstərilib. Siyahıya görə, Generator Elemaks 2,2 kva SH 3200 üçün porşen, üzüklər, bobin, karburator və alternatorun təmiri, həmçinin Generator 6 kva SH7500 EXS üçün start açarının yenilənməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu təmir işləri sərhəd xidməti orqanlarının fasiləsiz enerji təminatını gücləndirmək və texniki resursların dayanıqlı işləməsini təmin etmək məqsədi daşıyır.