Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarət Xidməti mebel və inventar alımında “Embawood” MMC-ni seçib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında fəaliyyət göstərən Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarət Xidməti cari mebel və inventarların satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 219,935.48 AZN məbləğində müqavilə bağlanacaq.
Alınacaq əşyalar arasında paltar dolabı, sənəd dolabı, müxtəlif növ kreslolar və digər inventarlar yer alır.
Bildirək ki, Şirkətin qanuni təmsilçisi Elşad Abbasov İnşalla oğludur, nizamnamə kapitalı 3,750 AZN-dir.
Mediada “biznesmen-deputat” kimi tanınan Məşhur Məmmədovun “Embawood” şirkətinə aid olduğu iddiaları mövcuddur. “Embawood” 1996-cı ildə yaradılıb və hal-hazırda Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələrdə 6 fabrik və 200-dən çox mağazadan ibarət qlobal pərakəndə satış şəbəkəsinə sahibdir.
Şirkət həmçinin Qazaxıstanda 26, Gürcüstanda 21 və Ukraynada 20-dən çox mağaza ilə fəaliyyət göstərir.
Məşhur Məmmədov Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri olub. Hazırda həmin assosiasiyanın sədri Fərman İslamlı Fərhux oğludur. O, həmçinin “Foriella” MMC-nin qanuni təmsilçisidir. Mediada yer alan iddialara görə, hər iki şirkət Məşhur Məmmədova məxsusdur.
Qeyd edək ki, Agentliyə hazırda Zaur Mikayılov rəhbərlik edir.