Dövlət Tibb Kitabxanasının təmir tenderi ləğv edildi – SƏBƏBbackend

Dövlət Tibb Kitabxanasının təmir tenderi ləğv edildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Dövlət Elmi Tibb Kitabxanası tərəfindən cari təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tender təchizatçı sayının azlığı səbəbindən ləğv edilib.

Ehtimal olunan dəyəri 6.640,20 manat olan satınalma proseduru 25 avqust 2025-ci il saat 17:16-da rəsmi olaraq dayandırılıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv səbəbi olaraq, təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (Satınalmalar haqqında qanunun 36.1.1-ci maddəsi) göstərilib.

Qeyd edək ki, bu cür hallar tender prosedurlarına uyğun olaraq satınalmanın etibarsız sayılmasına və yenidən elan edilməsinə səbəb ola bilər.