Dövlət vəsaiti mebellərə xərcləndi: DOST-un 142 Çağrı Mərkəzi üçün 22.890 AZNbackend

Dövlət vəsaiti mebellərə xərcləndi: DOST-un 142 Çağrı Mərkəzi üçün 22.890 AZN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 142 Çağrı Mərkəzi üçün mebellərin satın alınması üzrə tenderi yekunlaşdırıb. Tenderin qalibi “Dekoriko” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanmış müqavilənin qiyməti 22.890,82 AZN təşkil edir.

Tender çərçivəsində direktor üçün komod (TV altlığı), paltar və sənəd dolabı, printer altlığı, başlıqlı kreslo və qonaq kreslosu, direktor müavini üçün iş masası, paltar və sənəd dolabı, printer altlığı və qonaq kreslosu, əməkdaşlar üçün iş masası və kreslolar, işçi masası və işçi kreslosu alınacaq.

Mebellərin və avadanlıqların ölçüləri, materialları və dizayn xüsusiyyətləri dəqiqliklə göstərilib. Direktor və direktor müavini üçün masalar laminat materialdan hazırlanmış, rəngi palıd (sonoma oak) və qara rənglərin kombinəsindən ibarət olacaq. Kreslolar başlıqlı və təkərli, oturacaq və söykənəcək hissələri dəri və ya dəri əvəzedici materialdan olacaq. İşçi və əməkdaş masaları laminat materiallı, kreslolar isə tənzimlənən hündürlüyə malik, keyfiyyətli plastik və parça materialdan hazırlanacaq.