Son günlərdə mediada Hesablama Palatasının yaydığı məlumat geniş müzakirələrə səbəb oldu.
NOCOMMENT.az bildirir ki, bu məlumat hər kəsin görə bilacəyi bir məsələni əks etdirir: dövlətin səhiyyəyə ayırdığı vəsəitin bölgüsü və ya ixtisar olunması. Ancaq məsələnin görünməyən tərəfi ondan ibarətdir ki, artıq 9 ildir ki, bu mexanizm fəaliyyat göstərir va səhiyyə müassisələrinə maliyyə axınları məhz müəyyən edilmiş “xidmətlər zərfi”nə əsasən həyata keçirilir.
Əvvəlcə sual yaranır: bu xidmətlər zərfi hansı tibbi prinsiplərə əsaslanır?
Azərbaycan səhiyyə sistemində illərdir üç fərqli məktəbin təsiri müşahidə olunur: rus, türk və Avropa (əsasən Almaniya və Fransa) modelləri. Hər birinin öz müalicə protokolları, diaqnostik yanaşmaları və xəstəxana idarəetmə sistemləri mövcuddur. Hazırda ölkəmizdə isə vahid, milli əsaslara söykənən tibbi protokol sistemi mövcud deyil. Bu isə o deməkdir ki, ölkədə ki xəstəxanalar eyni xəstalik üzrə fərqli yanaşmalardan istifadə edə bilər – biri rus protokoluna əsaslanaraq 10 gün xəstaxanada yatırır, digəri Avropa yanaşması ilə 3 gün içində ambulator müalicəyə keçir.
Ədalətli bölgü necə olur?
Bu vəziyyətdə sual ortaya çıxır: dövlət vəsaiti hansı məyarlara əsasən paylanılır və ya kəsilir? Əgaər vahid protokol və standart mövcüd deyilsə, onda xidmətin
“doğru” və ya “yanlış” olduğu necə qiymətləndirilir? Hansı əsasla bir xəstaxananın əməliyyati ödənilir, digərininki isə kəsilir?
Hesablama Palatası və ya digər audit qurumları xidmətlər zərfi və tibbi effektivlik baxımından qərarlar verərkən hansı elmi və tibbi məyarları əsas götürürlər? Bu qərarlar universal tibbi protokollara əsaslanır, yoxsa subyektiv dəyərləndirmələrə?
Problemin kökü: vahid milli protokol bazasının olmaması.
Əgər ölkədə hələ də rəsmi şəkildə qəbul edilmiş milli klinik protokollar və tibbi idarəetmə standartları yoxdursa, bu xidmətlərin keyfiyyətinə və maliyyələşdirilməyə dair qərarlar boşluq üzərində qurulmuş olur. Nəticədə xəstəxanalar da maliyyə itkiləri ilə üzləşə bilər, çünki hansı meyara asasən qiymətləndirildikləri aydın deyil.
Nəticə: Sahiyyə islahatının təməli – vahid tibbi model və şəffaf maliyyə prinsipi.
Səhiyyə sistemində uzunmüddətli və dayanıqlı inkişaf üçün ilk növbədə milli protokol bazasının formalaşdırılması vacibdir. Bu, həm həkimlərin klinik qərarlarını standartlaşdıracaq, həm də dövlət qurumlarının maliyyə qararlarinda saffaflıq və ədalətlilik təmin edəcək.Əks halda, vəsaitin bölgüsü və xidmətin Səhiyyə sistemində uzunmüddətli və dayaniqlı inkişaf üçün ilk növbədə milli protokol bazasının formalaşdırılması vacibdir. Bu, həm həkimlərin klinik qərarlarını standartlaşdıracaq, həm də dövlət qurumlarının maliyyə qərarlarında şəffaflıq və ədalətlilik təmin edəcək. Əks halda, vəsaitin bölgüsü və xidmətin qiymətləndirilməsi ziddiyyətli və subyektiv xarakter daşımağa davam edəcək.
9 il ərzində hansı tibbi modelə əsaslanaraq kimə nə qədər və niya pul ödənildiyi, kimlərdən niyə tutulduğu sual olaraq qalır. Bu suallara cavab tapmaq üçün ilk növbədə səhiyyədə konseptual yanaşma, vahid protokollar va şəffaf qiymətləndirmə mexanizmləri yaradılmalıdır.