Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdıbackend

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini (ümumi cərrah) Nəsib Səhratov yeni şirkət yaradıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni təsis edilən kommersiya qurumu “Nəsib Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirvan şəhəri, Vidadi küçəsi ev 35A ünvanında qeydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səhratov Nəsib Xuddam oğludur.

MMC-nin özəl klinika kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.

Qeyd edək ki, hazırda mərkəzi xəstəxananın direktor müavini vəzifəsində çalışan Nəsib Səhratov əvvəllər Şirvan Müalicə Diaqnostika Mərkəzi PHŞ-in direktoru olub.