Dövlət Xidməti nazirliyin adını səhv yazdı – FOTOFAKTbackend

Dövlət Xidməti nazirliyin adını səhv yazdı – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 may 2021-ci il tarixində saat 10:00-da növbəti hərrac keçiriləcək və Mədəniyyət Nazirliyinin tabeliyində olan bir sıra mədəniyyət evləri və klublar satışa çıxarılacaq.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən açıqlanan məlumatda Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi, Regional Mədəniyyət İdarələri isə Regional Mədəniyyət və Turizm İdarələri olaraq qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Prezidentin 2018-ci ilin 20 aprel tarixində imzaladığı Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi ləğv olunaraq onun bazasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Mədəniyyət evləri və klublar da Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələrinə tabe olublar.