Dövlət Xidməti qaz sayğacları ilə bağlı açıqlama verib – VİDEObackend

Dövlət Xidməti qaz sayğacları ilə bağlı açıqlama verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəriqaz” İstehsalat Birliyinin quraşdırdığı yeni qaz sayğaclarıyla bağlı istehlakçılarda yaranan narazılığa aydınlıq gətirib.

NOCOMMENT-in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, ARB televiziya kanalında yayımlanan reportajda Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb: “Tabeliyimizdə olan qurum var, Azərbaycan Metrologiya İnstitutu. Metrologiya İnstitutu bütün ölçmə vasitələrinin yoxlaması ilə məşğuldu və “Azəriqaz”ın sayğacları quraşdırılmazdan qabaq onların hamısı bu stendlərdə testlərdən keçib və o testlər düzgün olduqda onlar quraşdırılır. Ona görə bu sahədə biz də yoxlama aparmışıq”.

Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəylinin video açıqlaması ilə tanış ola bilərsiniz: