Dövlət Xidmətini məhkəməyə verdilərbackend

Dövlət Xidmətini məhkəməyə verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Palladium Defence and Security Solutions” MMC Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun icraatına verilib.

MMC-nin Xüsusi Dövlət Mühafizə Xidmətinə hansı səbəbdən iddia qaldırdığı barədə məlumat verilmir.

Məlumat üçün bildirək ki, “Palladium Defence and Security Solutions” MMC (VÖEN – 3101358681) ötən ilin avqust ayında Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən keçirilən 199 min 440 manat dəyərində tenderin qalibi olub. Tenderin şərtlərinə görə MMC dövlət xidmətinə xüsusi texniki hərbi geyimlər satmalı idi.

Onu da qeyd edək ki, “Palladium Defense and Security Solutions” MMC şirkəti 2014-cü ildə yaradılıb və mərkəzi ofisi Bakı şəhərində yerləşən tam Azərbaycan şirkətidir. Şirkət Azərbaycanda və digər xarici ölkələrdə təhlükəsizlik, hüquq-mühafizə və mülki müdafiə sahəsində fəaliyyət göstərir. Şirkətin bir neçə ölkədə (BƏƏ, Gürcüstan Respublikası, Çexiya, Almaniya və s.) tərəfdaşları vardır. Şirkətin əsas fəaliyyət istiqamətləri mülki bazar və hüquq-mühafizə orqanları üçün mühafizə və təhlükəsizliyə dair tam həll yollarının təminatıdır. Əsas müştəriləri Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti və hüquq-mühafizə orqanlarıdır.

Onu da bildirək ki, “Palladium Şirkətlər Qrupu”na “Palladium Defence and Security Solutions” MMC, “Palladium Defence and Security Service” MMC (Palladium Müdafiə və Mühafizə Xidməti), “Palladium Defence and Security Equipment” MMC (Palladium Müdafiə və Təhlükəsizlik Təchizatı), “Palladium Marine Engineering Service” MMC (Palladium Dəniz Mühəndisliyi Xidməti) və “Palladium Firearms Service Center”(Palladium Odlu Silahların Təmiri Mərkəzi) şirkətləri daxildir.