Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunubbackend

Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 5 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il, Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı Hicran Həsənovun 19 il, Nadim Mehdiyevin 15 il, Şəmsi Qasımovun 17 il, Dağıstan Hüseynovun 9 il, Elməddin Ağayevin 8 il, Ağasif Ağayevin 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.