Döyülən qadının şikayətinə baxılmaması iddiası – Rəsmi AÇIQLAMAbackend

Döyülən qadının şikayətinə baxılmaması iddiası – Rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Gəncə şəhər sakini Ləman Namazovanın keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə əlaqədar şikayətinə baxılmaması barədə iddialara münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov qafqazinfo-ya açıqlamasında bildirib ki, vətandaş L.Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) müraciət edərək keçmiş həyat yoldaşı İlham Verdiyev tərəfindən döyülməsi barədə məlumat verib: “Müraciət ilə bağlı RPİ-nin əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülərək araşdırmalar aparılıb və Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılaraq baxılması üçün İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

Araşdırmalar zamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib.

Belə ki, o, Cinayət Məcəlləsinin 157-ci maddəsi (Mənzil toxunulmazlığını pozma) ilə təqsirli bilinib və sözügedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib.

Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanunamüvafiq qərar qəbul ediləcək”.