Döyülən qız sosial reabilitasiya şöbəsinə yerləşdirildi – FOTObackend

Döyülən qız sosial reabilitasiya şöbəsinə yerləşdirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkədə 16 yaşlı qızın döyülərək evdən qovulması ilə bağlı xəbər yayılıb.
NOCOMMENT Bakupost.az-a istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyindən sözügedən yeniyetmənin Agentliyin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinə yerləşdirildiyi bildirilib:
“Onunla bağlı ilkin qiymətləndirmə aparılaraq, zəruri ilkin tibbi yardım həyata keçirilir. O müəssisədə reabilitasiya xidmətləri ilə əhatə olunacaq”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda qeyd edilmişdi ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub:
“Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin, məsələ ilə bağlı rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”