Döyüşə getmək üçün könüllüllərin sayı 38 minə çatdı – RƏSMİbackend

Döyüşə getmək üçün könüllüllərin sayı 38 minə çatdı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Könüllü sürətdə orduda xidmət etmək üçün müraciət edənlərin sayı 38 minə çatır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 38000-ə yaxın vətəndaş bugünədək xidmətə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir”.

Qeyd edək ki, vətəndaşlar öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” – https://exidmet.seferberlik.gov.az/Volunteer/Service – elektron xidməti vasitəsilə də həyata keçirə bilərlər.