Dron prezident təyyarəsinin Litvaya enməsinə maneə yaratdıbackend

Dron prezident təyyarəsinin Litvaya enməsinə maneə yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva prezidenti Gitanas Nausedanın olduğu təyyarə pilotsuz uçan aparat səbəbindən Vilnüsə gecikməyə məcbur olub.

NOCOMMENT.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, enişin qarşısı hava limanı ərazisində peyda olan naməlum pilotsuz uçuş aparatı (PUA) tərəfindən alınıb. Vilnüs hava limanında təyyarələrin hərəkəti bir müddət dayandırılıb. Heç bir təhlükə olmadığına qərar verildikdən sonra iş bərpa edilib.