DSMF-nin gəlir və xərcləri ARTIRILIRbackend

DSMF-nin gəlir və xərcləri ARTIRILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 606 269 569,0 manat, xərcləri 5 606 269 569,0 manat məbləğində təsdiq ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilir.

Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 306 770 072,0 manat, xərcləri 5 306 770 072,0 manat məbləğində təsdiq edilmişdi.

Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5,6 faiz artırılır.