Dövlət Sosial Müdafiə Fondu (DSMF) yeni avtomobillər alır.
NOCOMMENT.az xəbər verir ki, sifariş edilən sedan tipli avtomobillərin sayı 25 ədəddir.
Nəqliyyat vasitələrinin istehsal ilinin 2024-cü il olması əsas şərtlərdəndir.
DSMF-nin full komplektasiyaya malik avtomobillərin alışına 1 275 000 manat vəsait sərf olunacaq.
Avtomobilləri dövlət qurumuna “Auto Azərbaycan” MMC təhvil verəcək.