DSX: Dövlət sərhədində içərisində narkotik vasitə olan bağlama aşkarlanıbbackend

DSX: Dövlət sərhədində içərisində narkotik vasitə olan bağlama aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən NOCOMMENT-ə bildirilib ki, yanvar ayının 2-də Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürül­üb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.