DSX-nın əsgəri öldü: iki aydan sonra evə dönəcəkdibackend

DSX-nın əsgəri öldü: iki aydan sonra evə dönəcəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 9 radələrində Dövlət Sərhəd Xid­mətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

DSX-nin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, xidmətin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.