DSX-nin həbs edilən sabiq rəis müavini azadlığa buraxılıb? – AÇIQLAMAbackend

DSX-nin həbs edilən sabiq rəis müavini azadlığa buraxılıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin azadlığa çıxması ilə bağlı məlumat yayılıb.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bildirib ki, sabiq rəisin azadlığa çıxması xəbəri yalandır: “Əfqan Nağıyev Bakı Hərbi Məhkəməsinin qərarı əsasında ev dustaqlığına məhkum edilib”.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Ə.Nağıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaradılması üçün çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə rüşvət almaqda şübhəli sayılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.