DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edibbackend

DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olan hərbi qulluqçular – polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

DSX-nin Mətbuat Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.